Ağcabədidə avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib.
Bizim.Media xəbərverir ki, rayonun Hindarx qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elmin Rüstəmov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, E.Rüstəmovu noyabrın 9-da qəsəbə ərazisində "Mercedes" markalı avtomobil vurub.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)