İranın raketlərinin sayı açıqlandı

İran ayda 50 ballistik raket istehsal edə bilir.

Bu barədə “Bloomberg” agentliyi Qərb kəşfiyyat xidmətlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu göstərici İranın müharibədən əvvəlki raket istehsalı gücünün təxminən yarısına bərabərdir. Çoxsaylı hava zərbələrinə baxmayaraq, ölkə döyüş əməliyyatları yenidən başlayacağı təqdirdə cavab zərbələri endirmək imkanına malikdir.

Məlumata görə, İranın hazırda azı 1 700 ballistik raketi olduğu ehtimal edilir. Ölkənin raket arsenalını artırma tempi isə ABŞ-nin hərbi əməliyyatından əvvəlki dövrlə müqayisədə iki dəfə azalıb.

Nəşr, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) noyabrın 10-da yeni yeraltı “raket şəhəri”nin görüntülərini yayımladığını qeyd edib.