Bu il noyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 12,8 % artaraq 25 224-ə çatıb.
Aktiv ƏDV ödəyicilərinin sayı isə 11,1 % artaraq 691 olub.
Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı da artıb. Belə ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 23 % yüksələrək 7 492 təşkil edib.