Arvadının vurduğu iynədən şoka düşən kişi öldü

Lənkəran rayonunda 56 yaşlı kişi iynədən şoka düşərək ölüb.

Hadisə noyabrın 10-u saat 16 radələrində rayonun Veravul kəndində baş verib.

Kənd sakini 1970-ci il təvəllüdlü Rasim Qasım oğlu Qasımov yaşadığı evdə arvadı Şəfəqin ona iynə vurması nəticəsində şok keçirərək ölüb.

Faktla bağlı araşdırmalar aparılır.