Azərbaycanın xarici dövlət borcu 8 %-ə yaxın azalıb

Bu il noyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 481,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən il noyabrın 1-nə nisbətən 7,7 % azdır.

Təkcə oktyabrda ölkənin xarici dövlət borcu 28,3 milyon ABŞ dolları azalıb.

Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.