Azərbaycanda 2026-cı ilin yanvar–oktyabr aylarında 123 131 nəfərə proaktiv qaydada sosial müavinət və təqaüd təyin edilib. Bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici təxminən 9,4 min nəfər (7,1%) azalıb.

Banker.az Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən xəbər verir ki, 2025-ci ilin ilk on ayında proaktiv qaydada aylıq və birdəfəlik sosial müavinət, eləcə də təqaüd təyin olunanların sayı 132,5 min nəfərdən çox olub. Həmin dövrdə bu şəxslərin 51,6%-ni kişilər, 48,4%-ni qadınlar təşkil edib.