İngiltərənin Oksford Universitetinin nəzdindəki Pitt Rivers Muzeyi müstəmləkə dövründə Hindistandan aparılan və əksəriyyəti kəllə sümüklərindən ibarət olan 39 insan qalığını rəsmi mərasimlə Naqa xalqının nümayəndələrinə təhvil verib.
Altı il davam edən uzun müzakirələr və hüquqi proseslərdən sonra atılan bu addım muzey tarixi baxımından "tarixi dönüş nöqtəsi" kimi qiymətləndirilib.
1910–1940-cı illər arasında, Britaniya imperiyasının Hindistandakı hərbi yürüşləri və müstəmləkə idarəçiliyi zamanı toplumun razılığı olmadan götürülən bu qalıqlar nəhayət doğma torpaqlarına qovuşur.
Myanma sərhəddindəki Naqalend əyalətindən gələn 30-a yaxın qəbilə liderinin iştirak etdiyi təhvil mərasimindən sonra qalıqlar Hitrou hava limanı vasitəsilə vətəninə yola salınıb.
Naqa nümayəndələri əcdadlarının qalıqlarını bölgədə inşa ediləcək ortaq bir abidənin altında dəfn etməyi planlaşdırırlar.
Bu proses Qərb muzeylərinin kolleksiyalarında saxlanılan müstəmləkə dövrünə aid insan qalıqlarını və mədəni irs nümunələrini aid olduğu xalqlara geri qaytarması istiqamətində atılan mühüm addımlardan biri olaraq qeyd edilir.