Melinda Qeyts boşanma zamanı gecəsi 132 min dollara özəl ada kirayələyib

“Microsoft”un qurucusu Bill !eytslə 27 illik evliliyini 2021-ci ildə bitirən Melinda Frenc Qeytsin boşanma prosesində etdiyi böyük xərc yenidən gündəmə gəlib.

Melinda Qeyts boşanma zamanı uşaqları ilə birlikdə medianın diqqətindən uzaq qalmaq üçün Karib dənizində özəl ada kirayələyib.

O, Qrenadada yerləşən Kalivinyi adasını gecəsi 132 min dollara icarəyə götürüb. Bildirilir ki, Melinda boşanma qərarının elanından sonra mediadann uzaqlaşmaq istəyib.

Məlumata görə, adaya üç övladı – Cennifer, Rori və Fibi, eləcə də onların sevgililəri dəvət olunub. Lakin keçmiş həyat yoldaşı Bill Qeyts dəvət edilməyib.

Qeyd edək ki, 1994-cü ildə ailə quran Bill və Melinda Qeyts 2021-ci ilin mayında boşanacaqlarını açıqlayıblar. Həmin ilin avqustunda boşanma rəsmiləşib.