Bu ölkə “Məkkə İttifaqı”na qoşulmaq qərarı verdi

Suriya Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yer aldığı “Məkkə Birgə Müdafiə Sazişi”nə qoşulmaq qərarı verib.

Bu barədə “Associated Press” (AP) agentliyi iki suriyalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Dəməşq rəhbərliyi ittifaqa qoşulmaq qərarı versə də, bu barədə hələlik ictimaiyyətə rəsmi açıqlama verilməyib. Regional rəsmilərdən biri isə üzvlüklə bağlı danışıqların davam etdiyini bildirib.

Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında 2026-cı ilin avqustunda Məkkədə imzalanan birgə müdafiə sazişinə əsasən, üzv ölkələrdən birinə qarşı hücum bütün tərəflərə edilmiş hücum kimi qiymətləndirilir. Bu prinsip NATO-nun kollektiv müdafiə mexanizminə bənzədilir.

Türkiyə noyabrın 5-də sazişin təsdiqi ilə bağlı proseduru tamamlayıb. Suriyanın xarici işlər naziri Əsəd Şeybani isə oktyabrın 31-də ölkəsinin bu ittifaqa qoşulmaq ehtimalını nəzərdən keçirdiyini açıqlamışdı.

Suriyanın sazişə qoşulması regional təhlükəsizlik və müdafiə əməkdaşlığının əhatə dairəsini genişləndirə bilər.

Prezident Əhməd Əl-Şaranın rəhbərlik etdiyi Suriya hökuməti Türkiyə və Səudiyyə Ərəbistanı başda olmaqla, region ölkələri ilə siyasi, iqtisadi və hərbi əlaqələri inkişaf etdirməyə çalışır.