Duman səbəbindən 50 avtomobil toqquşdu – Ölənlər var - Video

Bolqarıstanın Yambol şəhəri yaxınlığında “Trakiya” avtomagistralında təxminən 50 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Xarici KİV-ə istinadən, hadisə sıx duman şəraitində qeydə alınıb. Toqquşmadan sonra qəza yerində yanğın baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, xəsarət alanlar da var.