Restoranlarda nağdsız ödəniş etmək müştərilərə əlavə üstünlüklər qazandırır. Belə ki, bəzi bank kartları vasitəsilə edilən ödənişlər zamanı xərclənən məbləğin müəyyən hissəsi «kəşbək» olaraq geri qaytarılır. Bunun üçün «kəşbək» kampaniyası təqdim edən bank kartlarından istifadə etmək kifayətdir.
FED.az-a istinadən, kafe və restoranlarda ən yüksək kəşbək faizi «Azər‐Türk Bank»dadır. Bu bankda müxtəlif restoranlarda 10%-ə qədər kəşbək qazanmaq mümkündür və maksimum qazanc 200 manat təşkil edir.
«ABB»nin seçilmiş kateqoriyalarında və seçilmiş restoranlarda 5%-ə qədər «kəşbək» qazanmaq mümkündür.
«Rabitəbank»da «Kartmane Junior» kartları ilə aylıq 20 manata qədər 5%-lə «kəşbək» qazanmaq mümkündür.
«Ucard» kartında isə mərhələli sistem (Classic, Pro, Premium) tətbiq olunur və müştəri xərclərini artırdıqca daha çox qazanmaq imkanı əldə edir. Bu kart vasitəsilə bəzi seçilmiş restoranlarda 5%-dək cashback qazanmaq olur.
Avqust ayında kafe və restoranlarda «kəşbək» qazandıran bankların siyahısı daha detallı aşağıdakı cədvəldə:
№ · Bank · Kartın adı · Kafe və restoranlarda qazanılan kəşbək faizi · Aylıq maksimum kəşbək limiti
1 · Azərbaycan Beynəlxalq Bankı ABB · Bütün kartlarda "Faydalı" kəşbək kataqoriyasına uyğun
Partnyor Kateqoriyası · Cafe Botanist - 5% · 30 manat
Xurcun Coffeeshop - 3%
Zəfər Kateqoriyası · Kafe/Restoran - 2%
Romantik Kateqoriyası · 1%
Kapitalist Kateqoriyası · 1%
2 · AccesBank · MyCard White · 3% · 100 manat
MyCard Black
MyCard Junior
3 · AFB Bank · Mono Premium · 1,50% · 30 manat
Mono Sadə · 1% · 20 manat
4 · Azər‐Türk Bank · ATB Card · Restorandan asılı olaraq 3-10% · 200 manat
5 · Bank of Baku · Bolkart Debet · 1,50% · 10 manat
Bolkart Kredit · 3%
6 · Bank Respublika · Neo Standart · 3,5% (limitdən sonra 0,5%) · 15 manat
Neo Premium · 25 manat
7 · Yelo Bank · Yelo Card · "Xoş gəldin" Paketi 1,5% · 15 manat
"Standart" Paket 2% · 30 manat
"Parlaq" Paket 3% · 50 manat
8 · Rabitəbank · Kartmane Kredit · 2% · 20 manat
Kartmane Debet/Gamer · 1%
Kartmane Junior · 5%
Kartmane Premium · 3%
9 · Unibank* · UCard · Classic mərhələ: · 20 AZN
Hill - 3%
Restoranlar - 2%
Pro mərhələ:
Hill - 5%Restoranlar - 3%
Premium mərhələ:
Hill - 5%
Restoranlar - 4%
10 · XalqBank · XalqKart Cashback · 2% · 30 manat
Qeyd edək ki, «Kapital Bank»da kateqoriya seçimindən asılı olaraq faizlər hə ay dəyişir. Kəşbəklər bonus kimi geri qayıdır.
*Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.