Antalya, 10 noyabr, AZƏRTAC BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP-31) çərçivəsində energetika naziri Pərviz Şahbazov Qarabağ Dirçəliş Fondunun (QDF) konfransda iştirakının əsas məqsədi və nümayiş olunacaq “Ölümcül miras” sənədli filmi barədə ətraflı məlumat verib.AZƏRTAC xəbər verir ki, nazirə bildirilib ki, QDF-nin bu mötəbər qlobal platformada əsas məqsədi insan həyatı və bərpa-quruculuq prosesi ilə yanaşı, ətraf mühit üçün dərin ekoloji fəlakət olan mina problemini beynəlxalq iqlim müzakirələrinin mərkəzinə gətirməkdir.Azərbaycan pavilyonunda təqdim ediləcək “Ölümcül miras” sənədli filmi Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Kolumbiya və Laosda mina terrorunun təbiətə vurduğu ağır zərbələri faktlarla işıqlandırır. Nümayəndə heyəti konfrans iştirakçılarına film haqqında məlumat bukletləri təqdim edir və xüsusi QR kod vasitəsilə nümayişə qeydiyyat aparılır. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Antalya