Antalya, 10 noyabr, AZƏRTAC Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür. Antalya şəhərində keçirilən COP31 sammitində Atatürkü anma proqramı təşkil olunub. AZƏRTAC xəbər verir ki, dünyanın ən mühüm iqlim sammitində 190-dan çox ölkənin nümayəndələri Türkiyə vaxtı ilə saat 09:05-də ayağa qalxaraq Mustafa Kamal Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım mərasimi zamanı xarici qadın nümayəndələrdən birinin göz yaşlarını tuta bilmədiyi anlar da kameraların obyektivinə düşüb. Günel Karatepe AZƏRTAC-ın xüsusi müxbiri Antalya