Hörmətli cənab Prezident. Əziz Qardaşım.İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.Allah rəhmət eləsin! İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 10 noyabr 2026-cı il
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Mənbə: azertag.az/xeber/turkiye_respublikasinin_prezidenti_zati_alileri_cenab_receb_tayyib_erdogana-4503321