Sumqayıtda avtomobil yanıb

Sumqayıt şəhərində avtomobil tamamilə yanıb. "Report"un məlumatına görə, hadisə şəhərin 19-cu məhəlləsində, Azərbaycan prospektində qeydə alınıb. 1991-ci il təvəllüdlü şəhər sakini Elxan Elman oğlu Qədəşova məxsus "Chevrolet" markalı minik avtomobili naməlum səbəbdən yanaraq yararsız hala düşüb. Yanğının başvermə səbəbləri araşdırılır....