Quba rayonunun Xınalıq kəndinin müəllim kollektivi sevimli iş yoldaşlarından birini itirib.
Rüfət Kəlbiyev adına Xınalıq ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi İlyas Hüseynov qəfil dünyasını dəyişib.
55 yaşlı müəllimin insult, yəni beyninə qan sızması nəticəsində vəfat etdiyi bildirilir.
Qeyd edək ki, İlyas Hüseynov bu gün dəfn olunacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu