Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi - VİDEO

Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizdə köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 2006-cı il təvəllüdlü Əliyev Mədət Fərhad oğlu dalğıclar tərəfindən təxliyə edilib.