Şuşada "8 Noyabr – Zəfər Günü" və "Şuşa Şəhər Günü" münasibətilə geniş konsert proqramı təşkil olunub.
Oxu24.com-un Qarabağ bürosuna Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən məlumata görə, tədbir idarənin təşkilatçılığı və Qarabağ Universitetinin birgə dəstəyi ilə keçirilib.
Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin təqdim etdiyi vətənpərvərlik ruhlu konsert şəhər sakinlərinə bayram sevinci yaşadıb.
Konsert proqramından sonra Şuşa səmasında atəşfəşanlıq olub.