ABŞ Demokratlar Partiyasının nümayəndələri aralıq seçkilərində qazandıqları qələbədən sonra Ağ Ev aparat rəhbərinin müavini Stiven Millerə qarşı təhqiqatın başladılmasına nail olmağa çalışacaqlar.
Bu barədə demokrat konqresmen Robert Qarsiya CNN telekanalına müsahibəsində bildirib.
Təhqiqatın Millerin miqrasiya sahəsində həyata keçirdiyi sərt siyasi xəttlə bağlı olduğunu qeyd edən R.Qarsiya vurğulayıb: “Stiven Miller administrasiya tərəfindən qəbul edilən ən mühüm siyasi qərarların mərkəzində dayanır, buna görə də o, ciddi nəzarətə və araşdırmaya layiqdir”.