Fransa xüsusi xidmət orqanları Avropanın bir neçə ölkəsində supermarketlərin soyuducu sistemlərinə qarşı həyata keçirilən kiberhücumların arxasında İranın dayandığını müəyyən edib.
“Le Figaro”ya istinadən, Fransanın xarici işlər naziri Jan-Noel Barro hücumlara görə İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) məsul tutub.
Nazir bildirib ki, bununla əlaqədar İranın Parisdəki səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb və ona qəti etiraz bildirilib. Barro hücuma görə məsul şəxslərə qarşı Avropa səviyyəsində sanksiyalar tətbiq ediləcəyini də açıqlayıb.
Qeyd edək ki, ilk hücumlar oktyabrın 11–12-də Fransada qeydə alınıb. Hakerlər təxminən 700 supermarketin soyutma sistemlərinə müdaxilə ediblər. Noyabrın 2-də isə Almaniya, İsveç, Belçika və Finlandiyada oxşar hücumlar baş verib. Daha sonra İtaliyada da belə insidentlər barədə məlumat yayılıb.