Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində baş verən və 16 nəfərin həyatına son qoyan partlayışla bağlı 6 şübhəli şəxs saxlanılıb.
Axar.az bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, faktla bağlı dərhal cinayət işi başlanılıb.
İlkin araşdırmalar nəticəsində hadisədə təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılıb.
Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir.