ABŞ müharibəni birdəfəlik bitirəcək razılaşma əldə etmək üçün Rusiya və Ukrayna ilə demək olar ki, hər gün danışıqlar aparır. Bu barədə CBS News-un jurnalisti Cennifer Ceykobs məlumat yayıb. Amerikalı rəsmilərin sözlərinə görə, qapalı danışıqlarda hər iki tərəf mövqeyində müəyyən çeviklik göstərir.
Bununla belə, Vaşinqton Əbu-Dabidəki danışıqlarda yekun razılaşma əldə olunacağını gözləmir. Bu mərhələdə əsas məqsəd Moskva və Kiyevin mövqelərini dəqiqləşdirmək, sonra isə kompromisə aparan yolları müəyyən etməkdir.
ABŞ həmçinin Rusiyanı Avropa ölkələrinin iştirakı ilə çoxtərəfli danışıqlara razı salmağa çalışır.
Paralel olaraq Vaşinqton Moskvadan Ukraynaya NATO Nizamnaməsinin 4-cü və 5-ci maddələrinə bənzər təhlükəsizlik zəmanətləri verilməsinə razılıq istəyir. Amerikalı rəsminin sözlərinə görə, belə mexanizm realaşarsa, Ukrayna faktiki olaraq “NATO-nunkuna çox yaxın” müdafiə əldə edəcək.
Rəsmi bildirib ki, ABŞ-dan təhlükəsizlik zəmanəti alınması “son dərəcə mühüm nailiyyət” olardı, lakin yekun qərarı Tramp verəcək. Amerika lideri bu zəmanətlərin əsas maliyyə yükünü Avropanın üzərinə götürəcəyini gözləyir.