Avropanın gələcək təhlükəsizlik sistemi barədə əsaslı danışıqlar yalnız Ukraynada hərbi əməliyyatların dayandırılmasından sonra başlaya bilər.
Bunu Buxarestə səfəri zamanı keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib.
O, həmçinin qeyd edib ki, bu müzakirələrdə Avropa İttifaqı və NATO-nun aparıcı ölkələri mütləq iştirak etməlidir və Brüssel bu məsləhətləşmələr formatının təmin olunmasında israrlıdır.
"Qeyd edək ki, "Financial Times" qəzeti bir müddət əvvəl Avropanın aparıcı dövlətlərinin bu danışıqlardan kənarda qaldığını yazmışdı. Bu səbəbdən avropalı diplomatlar Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə keçirilən Əbu-Dabi görüşündə Avropanın gələcək təhlükəsizlik sisteminin müzakirə edilməsini əngəlləməyə çalışırlar.