Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib.

Bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib.

“9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbrik edirik!”, - deyə paylaşımda bildirilib.