Bakı, 9 noyabr, AZƏRTAC 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli dövlətçilik iradəsini, tarixi yaddaşını, azadlıq mübarizəsini və müstəqillik əzmini özündə birləşdirən əlamətdar tarixdir. Üçrəngli bayrağımız xalqımızın milli kimliyinin, suverenliyinin, tarixi qələbələrinin və gələcəyə inamının təcəssümüdür. Bu gün Azərbaycan bayrağına baxarkən xalqımızın şanlı tarixini, müstəqillik uğrunda mübarizəsini və müasir dövlətimizin qazandığı misilsiz nailiyyətləri görürük. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayrağımız milli dövlətçilik tariximizin ən mühüm rəmzlərindən biridir. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra endirilən bayrağımız 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində yenidən ucaldıldı. Bu tarixi qərar milli istiqlal ideyalarının bərpasında mühüm siyasi hadisə olmaqla, Azərbaycanın müstəqilliyə aparan yolunda əvəzsiz rol oynadı.Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.Onun sözlərinə görə, bu gün həmin siyasi və ideoloji irs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə özünün ən yüksək təcəssümünü tapıb. “2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər üçrəngli bayrağımızın mənasını daha da zənginləşdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlət başçısının qətiyyətli siyasi iradəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Xüsusilə Şuşanın azad olunması və şəhərdə Azərbaycan bayrağının ucaldılması milli tariximizin unudulmaz səhifəsinə çevrildi. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə ucalan bayrağımız artıq azadlığın və qalib Azərbaycanın rəmzinə çevrilmişdi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltması müasir tariximizin ən qürurverici hadisələrindən biri oldu. Bu mənzərə Azərbaycan dövlətinin gücünü, siyasi iradəsini və ərazi bütövlüyünün təmin edildiyini bütün dünyaya nümayiş etdirdi. Artıq üçrəngli bayrağımız ölkəmizin bütün ərazilərində dalğalanır və müstəqilliyimizin, suverenliyimizin dəyişməz rəmzi kimi ucalır”, - deyə Rəşadət Xalıqov vurğulayıb.Təşkilatın sədr müavini qeyd edib ki, Azərbaycanın qazandığı Zəfər bu gün genişmiqyaslı quruculuq və inkişaf siyasəti ilə davam etdirilir: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işləri, müasir infrastruktur layihələri, yeni yaşayış məntəqələrinin salınması və Böyük Qayıdış Proqramının icrası tarixi qələbənin real nəticələridir. Vaxtilə dağıdılmış ərazilərdə bu gün Azərbaycan bayrağının dalğalanması, məktəblərin, yaşayış komplekslərinin və sosial obyektlərin istifadəyə verilməsi dövlətimizin gücünü və gələcəyə hesablanmış strateji siyasətini nümayiş etdirir. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıraraq ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirib”.Rəşadət Xalıqov əlavə edib ki, Dövlət Bayrağı Günü həm də hər bir Azərbaycan vətəndaşının üzərinə düşən milli məsuliyyəti xatırladır. “Bayrağa hörmət dövlətə, Vətənə, tariximizə və müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsinə hörmət deməkdir. Bu baxımdan gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli dəyərlərə və dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalanması Azərbaycanın müstəqil, güclü və qalib dövlət olduğunu təsdiqləyir. Cümhuriyyət qurucularının istiqlal arzusu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər vahid bir milli ideyanın təntənəsidir. Azərbaycan xalqı öz bayrağına sahib çıxaraq tarix yazdı və bu gün həmin bayraq azad torpaqlarımızda qürurla dalğalanır”, - deyə Nizami rayon təşkilatının sədr müavini bildirib.
Bu gün
273 xəbər bu gün
ABŞ Prezidenti Donald Tramp Marko Rubionun Dövlət Departamentinin rəhbəri vəzifəsində qalacağını bildirib və onu 2028-ci il prezident seçkilərində respublikaçıların mümkün namizədi kimi qeyd edib. Amerika lideri bu…
Yaponiya hakimiyyəti milli valyutanı dəstəkləmək üçün 7,98 trilyon yen (cari məzənnə ilə təxminən 50,4 milyard dollar) ayıraraq ölkə tarixində ən böyük vahid valyuta intervensiyasını həyata keçirib. Bu barədə Yaponiya…
Bakı, 9 noyabr, AZƏRTAC 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli dövlətçilik iradəsini, tarixi yaddaşını, azadlıq mübarizəsini və müstəqillik əzmini özündə birləşdirən əlamətdar tarixdir. Üçrəngli…
Venesuelalı milyarder Alexandro Betankur ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelanın neft sektorundakı əsas tərəfdaşlarından birinə çevrilib
O, avtomobil idmanında sadəcə sürücü deyildi. Təkərlərin tüstüsü, mühərrikin gurultusu və inanılmaz drift hərəkətləri ilə milyonlarla insanı ekran qarşısına toplamağı bacarmışdı. Onun videoları yarış həvəskarlarından…
Meyvə və tərəvəzlərdəki kənd təsərrüfatı dərmanlarından (pestisidlərdən) təmizlənmək üçün ənənəvi üsullardan (karbonat və sirkə) fərqli olaraq yeni təbii üsullar ortaya çıxıb. Sadəcə krant suyunda yumaq bu kimyəvi…
Bakı, 9 Noyabr, AZƏRTAC Artıq üçüncü aydır ki, Fransada xaos və anarxiya ilə müşahidə olunan kütləvi aksiyalar davam edir. Polis ilə aksiya iştirakçıları arasında baş verən qarşıdurmada yüzlərlə yaralanan, həbs olunan və…
Çinin “Çançjen-12” (“Böyük yürüş-12”) daşıyıcı raketi qlobal internet əhatə dairəsinin yaradılması məqsədilə "SatNet" peyk qrupunun daha doqquz peykini bazar ertəsi uğurla orbitə…
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların eskalasiyasına can atmadığını bildirib. Bu barədə Donald Tramp "CBS News" telekanalına müsahibəsində bildirib…
Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə yarışlarında daha bir qızıl medal qazanıb. Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikası Milli Olimpiya Komitəsindən…
Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə zamanı Vaşinqtonun hərbi cəhətdən müdafiə etdiyi ölkələr Amerika tərəfinin çəkdiyi bütün xərcləri tam şəkildə kompensasiya etməlidir. O, bu barədə "CBS News"…
Qəbələ, 9 noyabr, AZƏRTAC Qəbələ rayonunda 8 Noyabr - Zəfər günü münasibətilə Şəhidlər Xiyabanı ziyarət edilib, bayram tədbiri keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident, Ali Baş Komandan İlham…
Moskvada böyük bir ticarət mərkəzində yanğın baş verib.
Сегодняшний гороскоп прекрасно подходит для реализации творческих идей и нестандартных решений. Воспользуйтесь этим, чтобы посмотреть на привычные вещи под новым углом, придумать изящное решение сложной задачи или найти…
Bakı, Trend Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin, milli birliyinin və dövlət suverenliyinin rəmzi olan üçrəngli…
ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qarşıdakı danışıqlarda irəliləyiş əldə oluna biləcəyini bildirib. Bu barədə Marko Rubio jurnalistlərə…
Şəmkirdən Oksforda uzanan yol, beynəlxalq təşkilatda qazandığı təcrübə və bütün bunlardan sonra biliklərini öz ölkəsində bölüşmək istəyi... Onun hekayəsi uğurun insanın özünə inamından, davamlı öyrənmək istəyindən və…
Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə "Zəfərin əks-sədası" adlı konsert proqramı təşkil olunub. Bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib. Dünyanın ən…
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiya ilə iqtisadi münasibətlərə yanaşması Qərbin Moskvanı təcrid etmək istiqamətində uzun illər ərzində göstərdiyi səyləri zəiflədir
Böyük Britaniyada barələrində deportasiya qərarı çıxarılmasına baxmayaraq, təxminən 20 min əcnəbi cinayət törətmiş şəxs ölkə ərazisində qalmaqda davam edir
Bakı. Trend: “Nvidia” şirkətinin baş icraçı direktoru Censen Huanq casusluqda ittiham olunan şəxslə münasibətlərinə görə onun barəsində aparılan daxili araşdırmaya baxmayaraq, vəzifəsində…
Fənnuc şəhəri yaxınlığında SEPAH-a yaxın bəluç sünni din xadimi Şəmsülhəq Yusif Qazi qətlə yetirilib. Mövləvi Şəmsül-Həq bölgədə, xüsusilə Xaş və Fənnuc şəhərlərində İslam Respublikasının və SEPAH-ın siyasətlərini…
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın Konqresə 3 noyabrda keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin səbəblərindən biri ola biləcəyini inkar etməyib. Amerika lideri bu…
ABŞ administrasiyası İranın nizamlanma ilə bağlı Birləşmiş Ştatlara ünvanladığı tələblərini qəbuledilməz, bəzi hallarda isə qəzəbləndirici və qeyri-real hesab edir. Bu barədə ABŞ-ın…
Rusiyanın Stavropol diyarında bir nəfər yanğını söndürməyə çalışan yanğınsöndürənlərin avtomobilini qaçırıb.
Payız aylarında ən çox qarşılaşdığımız dəri problemi quruluqdur. Üzlə yanaşı, qol və ayaq dərimiz də quruyur, çatlayır. Havaların soyuması qan dövranını azaldır və buna görə də bədənin hər yerinə qan yetəri qədər dövr…
Türkiyənin Sakarya şəhərində yaşayan bir vətəndaşın gündəlik iş rejimi və qazlı içki vərdişi diqqət çəkib. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, hər gün 5 litr kola içdiyini, səhər saat 07:00-dan…
Sumqayıtda meyit aşkarlanıb.
Bakı. Trend: “Barselona” futbolçuları İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçirilən matçda “Atletiko”nu 2:1 hesabı ilə məğlub ediblər. Qarşılaşma Madriddə baş tutub. Qaliblərin heyətində…
ABŞ-ın dövlət katibi Marko Rubio jurnalistlərlə söhbətində təhlükəsizlik zəmanətləri məsələsini Ukrayna böhranının həllində əsas aspektlərdən biri adlandırıb. (function(containerId) { if…