Hollivud ulduzu Bred Pittin daha bir övladı – oğlu Noksun da atasının soyadından imtina edə biləcəyi bildirilir.
“Page Six”in məlumatına görə, Noks hələ soyadını dəyişdirmək üçün rəsmi müraciət etməyib. Lakin mənbə bunun yaxın zamanda baş verəcəyini iddia edib.
Qeyd edək ki, noyabrın əvvəlində aktyorun qızı Vivyenin də atasının soyadından imtina etdiyi məlum olub. Beləliklə, Noks da soyadını dəyişərsə, Bred Pittin altı övladından yalnız biri – Paks atasının soyadını daşıyacaq.
Mənbələrin sözlərinə görə, aktyor övladları ilə münasibətlərinin pozulmasından və barışa bilməməsindən ciddi narahatdır.