İraqda qaz yatağına PUA hücumu:

İraq Kürdüstanındakı Xor-Mor qaz yatağında pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra hasilat dayandırılıb.

Bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatı mayeləşdirilmiş qazın saxlanıldığı çənə düşüb. Nəticədə ərazidə yanğın başlayıb.

İraqın Baş naziri Əli əz-Zaidi ilkin məlumatlara əsasən, hücum nəticəsində ölən və yaralananların olmadığını bildirib.

Yerli hakimiyyət orqanları hadisəni terror aktı kimi qiymətləndiriblər.

Xor-Mor yatağı İraq Kürdüstanındakı elektrik stansiyalarının yanacaqla təmin edilməsində mühüm rol oynayır.

Qeyd edək ki, iyul ayında da bölgədə təhlükəsizlik təhdidləri və gərginlik səbəbindən yataqda qaz hasilatı müvəqqəti dayandırılmışdı.

Reuters-in ilkin məlumatında əlavə olaraq bildirilir ki, hücumdan sonra bölgədə təxminən 2,8 giqavat elektrik istehsalı dayanıb, yatağın əməkdaşları isə təhlükəsiz sığınacaqlara təxliyə edilib. Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.