Rubio Ukrayna ilə bağlı danışıqlarda əsas mövzulardan birini adlandırdı

ABŞ-ın dövlət katibi Marko Rubio jurnalistlərlə söhbətində təhlükəsizlik zəmanətləri məsələsini Ukrayna böhranının həllində əsas aspektlərdən biri adlandırıb.

“Rusiya və Ukrayna haqqında danışdığımız bütün müddət ərzində daim bir məsələ ön plana çıxır – təhlükəsizlik zəmanətlərinə ehtiyac, müharibədən sonrakı dövrdə Ukraynanın təhlükəsizlik infrastrukturunun, eləcə də daha geniş mənada Avropa qitəsinin təhlükəsizlik sisteminin necə olacağı. Bu, hər bir müzakirə zamanı qaldırılan əsas məsələlərdən biridir”, – deyə o, G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Parisə yola düşməzdən əvvəl bildirib.