Mourinyo “Real”ın paltardəyişmə otağındakı atmosfer haqqında: Xəbərim yoxdur

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komanda daxilindəki atmosferin yaxşılaşmasında təsiri olmadığını bildirib.

Şənbə günü “Real” ardıcıl səkkizinci qələbəsini qazandı və bu dəfə “Valensiya”nı 3-0 hesabı ilə məğlub etdi. Oyundan sonrakı mətbuat konfransında jurnalistlər komandanın portuqaliyalı məşqçinin rəhbərliyi altında əvvəlkindən daha vahid göründüyünü qeyd etdilər.

Mourinyo bu barədə mətbuat konfransında bildirib:

“Oyunçuları birləşdirdimmi? Xeyr, bütün tərif onlara aiddir – onlar özləri bir araya gəldilər. Açığı, onları birləşdirmək üçün xüsusi bir şey etmədim. Mən sadəcə öz işimi görürəm və onlar əllərindən gələni edirlər, fərdi və kollektiv şəkildə çıxış edirlər və bir-birlərinə kömək etməyə çalışırlar. Paltardəyişmə otağında olanlardan xəbərim yoxdur”.