İranda din xadimi öldürüldü

Fənnuc şəhəri yaxınlığında SEPAH-a yaxın bəluç sünni din xadimi Şəmsülhəq Yusif Qazi qətlə yetirilib.

Mövləvi Şəmsül-Həq bölgədə, xüsusilə Xaş və Fənnuc şəhərlərində İslam Respublikasının və SEPAH-ın siyasətlərini dəstəkləyən və icra edən tanınmış din xadimlərindən biri idi.

Hücumun motivləri və icraçıların şəxsiyyəti hələlik məlum deyil; məsuliyyəti heç bir qrup üzərinə götürməyib.