Türkiyənin Bursa şəhərinin Osmangazi rayonunda, tarixi Tophane Parkında yerləşən və şəhərin ən mühüm rəmzlərindən biri hesab edilən Saat Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.
Proyeksiya Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü ilə bağlı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı, Bursa-Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin (BAİDD) dəstəyi ilə təşkil edilib.
Beləliklə, qardaş ölkədə Azərbaycanın şanlı Qələbəsinə olan dəstək və həmrəylik bir daha nümayiş etdirilib.