İspaniyanın Sevilya şəhərində yerləşən məşhur İspaniya meydanındakı Visente Travera fəvvarəsi Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə Azərbaycanın Madriddəki səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, aksiya 8 Noyabr – Zəfər Gününə həsr olunub.
"Sevilyanın qəlbində Azərbaycan bayrağının rəngləri", – səfirliyin paylaşımında qeyd olunub.