ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə nüvə silahsızlaşdırılması məsələsini müzakirə etmək niyyətində olduğunu açıqlayıb.
Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.
ABŞ lideri hər iki ölkənin rəhbəri ilə nüvə silahlarının azaldılması və silahsızlaşdırılması məsələlərini müzakirə etmək istədiyini qeyd edib.