Azərbaycan Ordusunda noyabrın 8-də gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi “Report”a məlumat verib.
Nazirliyin məlumatına görə, mərasimlər müdafiə naziri Zakir Həsənovun təsdiqlədiyi 2026-cı il hazırlıq planına uyğun təşkil olunub. Əsgərlər and içməzdən əvvəl Heydər Əliyevin və Vətən uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Andiçmədən sonra hərbi qulluqçular təntənəli marşla tribuna önündən keçiblər. Şəxsi heyət üçün Zəfər Günü münasibətilə konsert proqramları da təşkil olunub