“İsrailin İran İslam Respublikasına qarşı missiyası hələ başa çatmayıb”.
Bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
İsrail ictimaiyyətinə birlik çağırışı edən müdafiə naziri bildirib:
“İran nüvə silahı əldə etmək istiqamətində fəaliyyətini bərpa etməyə çalışır və eyni zamanda İsrail Dövlətini real təhlükə qarşısında qoyan digər ciddi addımlar atır. Bu təhdidlərlə barışa bilmərik. Qarşıda bizi gözləyən böyük missiyalar fonunda birliyimizi qoruyub saxlamalıyıq. İndi birlik, məsuliyyət və qarşılıqlı həmrəylik zamanıdır.
Qarşıda duran böyük missiyaları yerinə yetirmək üçün İsrail ordusunun bütün imkanlarına və xalqımızın tam dözümlülüyünə ehtiyacımız olacaq”.