Ankara, 8 noyabr, AZƏRTAC 2020-ci il noyabrın 8-də Şuşa üzərində ucaldılan Azərbaycan Bayrağı Vətənin müdafiəsi Yolunda xalqın qətiyyətini nümayiş etdirdi. Bunu Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici Azərbaycanın Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar AZƏRTAC-a açıqlamasında deyib.Türkiyə qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər bütün Türk dünyasının ortaq sevinc və qürur mənbəyidir.“2020-ci il noyabrın 8-də Azərbaycanın yaşadığı sevinc Türkiyənin də sevinci oldu. Həmin gün iki qardaş xalqın sakinlərinin ürəyi eyni həyəcanla döyünürdü”, – deyə M.Destici vurğulayıb.Siyasətçi Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının siyasi münasibətlər çərçivəsindən çox kənara çıxdığına əminliyini ifadə edib. “Bizi ürəklərimiz və talelərimiz birləşdirir, birliyimiz isə nəsillərdən-nəsillərə ötürülən mirasdır”, – deyə o bildirib.M.Destici qeyd edib ki, Türkiyənin Böyük Birlik Partiyası Azərbaycanla qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini və iki xalqın birliyi ideyasının gələcək nəsillərə aşılanmasını milli məsuliyyətin təzahürü hesab edir.“Qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın “Bir millət, iki dövlət!”, – deyə M.Destici bildirib. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara