Qalatasaray-da ciddi itki- Leao 4 həftə oynamayacaq

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Rafael Leao zədələnib.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Türkiyə Super Liqasının XI turunda “Amedspor”la matçda zədələnərək oyunu tərk edən portuqaliyalı futbolçu MRT müayinəsindən keçib.

Müayinə zamanı onun sağ budunun yuxarı hissəsində ağır əzələ gərilməsi və qanaxma aşkarlanıb.

Klubun açıqlamasında futbolçunun müalicəsinə başlanıldığı bildirilib.

Rafael Leao zədə səbəbindən təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.