İlham Əliyev: “Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir”

Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir.

AZƏRTAC-a istinadən, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib.

“Mən bu gözəl bayram günündə bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu qeyd etmək istəyirəm”, – deyə dövlətimizin başçısı vurğulayıb.