Türkiyənin sabiq xarici işlər naziri, Böyük Millət Məclisinin (TBMM) üzvü Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Çavuşoğlu "X" sosial şəbəkə hesabında Azərbaycanın Qarabağı işğaldan azad etməsini qabardıb.
"Qarabağı işğaldan azad edərək tarixi bir dastan yazan Can Azərbaycanın şanlı qələbəsinin 6-cı ildönümü mübarək olsun!
Bu böyük qələbənin qəhrəmanlarını hörmət və minnətdarlıqla salamlayır, əziz şəhidlərimizi rəhmətlə anırıq.
Qələbələrin daim olsun, şanlı bayrağın azad torpaqlarında əbədi dalğalansın, Can Azərbaycan!" – o bildirib.