Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfərə gəlib.
Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva qarşılayıb.