Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyənin Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Paytaxt bələdiyyəsinin sədri bu barədə sosial mediada yazıb.

“Qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik”, - Mansur Yavaş vurğulayıb.