Əliyev: Azərbaycan elə güclü olmalıdır ki, ona zərər vermək heç kimin ağlına gəlməsin

Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Günü münasibətilə xalqa təbrikində ölkənin güclü olmasının vacibliyini vurğulayıb.

“Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq”, – Əliyev bildirib.

O, Azərbaycanın siyasi, iqtisadi və hərbi baxımdan güclü, müstəqil siyasət aparan və “ləyaqətli” dövlət olduğunu deyib.

Əliyev Zəfər Gününün qürur mənbəyi olduğunu qeyd edərək, bu yolda həyatını itirən şəhidlərin xatirəsinin ehtiramla yad edildiyini bildirib.