İlham Əliyev: “Bizi irəliyə aparan milli-mənəvi dəyərlərimizdir”

Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub.

Bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik”.