Bakı, 8 noyabr, AZƏRTAC30 ildən çox əsarət altında qalan tarixi torpaqlarımızın azad olunması ilə nəticələn, hər bir azərbaycanlıya tükənməz qürur və xoşbəxtlik hissi yaşadan 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizdən 6 il ötür. Bu inamlı qələbə birmənalı olaraq xalqımızın çoxəsrlik tarixinin ən parlaq səhifəsi, Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəflə davam etdirdiyi məqsədyönlü və ardıcıl siyasətin məntiqi nəticəsidir.AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin məqaləsində yer alıb. Məqalədə daha sonra deyilir:Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini yüksək peşəkarlıq, inam, səbir və təmkinlə davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatlarına cavab olaraq başlayan 44 günlük Zəfər yürüşümüz tarixi qələbə ilə başa çatdı. 2023-cü ildə Qarabağda aparılmış, bir gündən də az çəkmiş antiterror əməliyyatları ilə dövlətimizin suverenliyi tamamilə bərpa olundu.Əli xalqımızın qanına batmış müharibə cinayətkarları xüsusi xidmət orqanlarımızın əməkdaşları tərəfindən həbs olunaraq Azərbaycanın ədalət mühakiməsinə təslim edildi. 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda, Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaltması tarixi qələbəmizin, şanlı Zəfərimizin zirvə nöqtəsi oldu. Ulu Öndərimiz Heydər Əliyevin 2003-cü ildə xalqa ünvanladığı tarixi müraciətində yer alan “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - kəlamının qüdrəti tarixi Zəfərimizin işığında bir daha təsdiqini tapdı.Vətən müharibəsi xalqımızın tarixində daima qürurla xatırlanacaq yeni bir səhifə açdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızın işğaldan azad olunması uğrunda haqq savaşı apardı. Həmin günlərdə xalqımız öz rəhbərinin, dövlətinin və ordusunun ətrafında sıx birləşərək sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi. Vətən müharibəsinin hər günü xalqımızın iradəsinin, əsgər və zabitlərimizin mərdliyinin, Vətənə bağlılığının canlı nümunəsinə çevrildi. Doğma torpaqlarımızın, şəhər və kəndlərimizin işğaldan azad olunması, üçrəngli bayrağımızın həmin torpaqlarda yenidən dalğalanması milyonlarla azərbaycanlının illərlə qəlbində yaşatdığı arzunun gerçəkləşməsi idi.Bu Qələbənin arxasında böyük fədakarlıq dayanırdı. Azərbaycan əsgəri Vətənin hər qarışı uğrunda döyüşdü, şəhidlərimiz ən qiymətli nemət olan həyatlarını doğma torpaq naminə fəda etdilər. Əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi, dövlət rəhbərliyinin ardıcıl siyasi mövqeyi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici tarixi prosesin əsas tərkib hissələri oldu.Bu baxımdan, 8 Noyabr yalnız şanlı hərbi Qələbənin deyil, həm də bir millət kimi milli iradəmizin, sarsılmaz birliyimizin, Vətən sevgimizin və yenilməz ruhumuzun təntənəsi günüdür. Bu tarix xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış, nəsildən-nəslə ötürüləcək müqəddəs Zəfər salnaməsidir. Bu möhtəşəm Zəfərin memarı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi tarixi Qələbəmizi təmin etdi. Dövlətimizin qüdrəti, Ordumuzun gücü və xalqımızın birliyi Azərbaycanın nələrə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsinə qədəm qoymuş suveren dövlətimiz müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əldə etdiyi nailiyyətlərlə, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa və quruculuq işləri ilə, eyni zamanda beynəlxalq aləmdə qazandığımız sarsılmaz nüfuzla bütün dünyaya örnəkdir. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyi, siyasi müdrikliyi, sarsılmaz iradəsi, prinsipial mövqeyi və milli maraqlara əsaslanan dövlət idarəçiliyi ölkəmizi günbəgün gücləndirir, iri güc mərkəzləri Azərbaycanla hesablaşır, dövlətimiz bütün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Ulu Öndər Heydər Əliyevin siyasətinin başlıca hədəfi Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək idi. Qalib və qüdrətli Azərbaycanın rəhbəri, Prezident İlham Əliyev bu gün həmin missiyanı şərəflə yerinə yetirir, regionda əbədi sülhün bərpası üçün bütün səyləri göstərir. Məhz bütün bunların sayəsində bu gün yalnız Azərbaycan xalqı deyil, bütün mütərəqqi dünya Prezident İlham Əliyevə regionun sülh carçısı kimi yanaşır, bu dahi şəxsiyyətə ən ali ehtiram göstərir və etimad bəsləyir. Bu gün Azərbaycanın tarixi qələbəsi ilə haqlı olaraq fəxr və qürur hissləri yaşayan bütün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideyası ətrafında daha da sıx birləşir, dövlətimizin qazandığı nailiyyətləri hər bir azərbaycanlı özünün sonsuz qürur mənbəyi hesab edir. Azərbaycançılıq ideyası müstəqil Azərbaycanın rifahına və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü amil kimi hər birimizi yeni qələbələrə, yeni zəfərlərə səsləyir. Bütün dünya azərbaycanlıları Prezident, Müzəffər Ali Baş Komandan, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmış yenilməz sərkərdə İlham Əliyevin ətrafında daha da sıx birləşir, daha da həmrəy olurlar. Əminik ki, bu birlik, bu həmrəylik ölkəmizi və xalqımızı yeni-yeni zəfərlərə aparacaq.Məhz bu milli birlik və həmrəylik əldə etdiyimiz tarixi nailiyyətlərin qorunması, dövlətimizin ideoloji dayaqlarının möhkəmləndirilməsi və gələcək strateji hədəflərimizin həyata keçirilməsi üçün mühüm əsasdır. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi proqram xarakterli çıxışında qeyd etdiyi kimi, bu gün bizim qarşımızda strateji vəzifələr durur. Bu vəzifələrdən biri də əldə etdiyimiz qələbənin daha da möhkəmləndirilməsi, dövlətimizin qüdrətləndirilməsi, bədxahlarımızın məkrli informasiya hücumlarına qarşı daha möhkəm dayanmağımızdır. Döyüş meydanında əldə etdiyimiz şanlı qələbənin doğurduğu misilsiz milli birlik gündən-günə möhkəmlənir. Xalqımız milli maraqlarımızın qorunması və ölkəmizə qarşı yönələn informasiya hücumlarına qarşı daha qətiyyətli mübarizə aparır. Xalqımızın qazandığı tarixi nailiyyətlərin qorunması və gələcək inkişafının təmin edilməsi yalnız hərbi, siyasi və iqtisadi gücün deyil, həm də milli və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsini tələb edir.Müasir dövrdə qarşımızda duran mühüm vəzifələrdən biri milli kimliyin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin qorunması, xüsusilə gənc nəslin milli dövlətçilik dəyərlərinə sədaqət ruhunda yetişdirilməsidir. Qlobal informasiya məkanında tarixi həqiqətlərin təhrif edilməsi, məqsədyönlü dezinformasiya kampaniyaları və ölkəmizə qarşı yönələn manipulyativ təsirlər bu istiqamətdə görülən işlərin əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə ideoloji təhlükəsizliyin təmin edilməsi fiziki təhlükəsizlik qədər mühüm strateji əhəmiyyət daşıyır.Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsində təhsil müəssisələrinin, xüsusilə ali təhsil ocaqlarının üzərinə mühüm məsuliyyət düşür. Müasir universitetlər yalnız yüksəkixtisaslı mütəxəssislər hazırlayan elm və təhsil mərkəzləri deyil, həm də milli düşüncənin, dövlətçilik təfəkkürünün və vətəndaş məsuliyyətinin formalaşdığı mühüm intellektual mühitdir. Gənclərin xalqımızın zəngin tarixi irsinə, milli-mənəvi dəyərlərinə və dövlətçilik ənənələrinə bağlılığının möhkəmləndirilməsi ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olmalıdır.Bu baxımdan ölkəmizin ali təhsil müəssisələri qarşısında duran vəzifə yalnız müasir biliklərə və peşə bacarıqlarına malik mütəxəssislər yetişdirməklə məhdudlaşmır. Eyni zamanda milli kimliyini dərindən dərk edən, dövlət müstəqilliyinin tarixi əhəmiyyətini qiymətləndirən, informasiya təhdidlərini düzgün təhlil etmək və onlara qarşı dayanmaq bacarığına malik, müstəqil və tənqidi düşünən, yüksək vətəndaşlıq mövqeyi ilə seçilən gənclərin yetişdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Aydındır ki, milli dövlətçilik dəyərlərinə sədaqət, güclü elm və keyfiyyətli təhsil gənc nəslin formalaşmasının, dövlətimizin gələcək inkişafının və tarixi Zəfərimizin davamlılığının mühüm şərtlərindəndir. Bu vəzifələrin həyata keçirilməsi isə hər birimizin Vətən qarşısında məsuliyyətini və şəhidlərimizin müqəddəs xatirəsinə sədaqətini daha da artırır.Zəfər Günümüz mübarək! Zəfərimiz əbədi olsun!
Bu gün
1824 xəbər bu gün
"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam klubunun heyətində 100-cü Premyer Liqa matçına çıxıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır.Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.
Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə fotosu lentə alınıb. Bizim.Media həmin fotonu sizə təqdim edir. Bizim.Media
Almaniyanın ultrasağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası 2027-ci ilin yazında Rusiya, ABŞ və Almaniyanın iştirakı ilə, Ukraynasız üçtərəfli sammit təşkil etməyi planlaşdırır. Görüşün Birləşmiş Ərəb…
8 Noyabr - Zəfər Günündə qəhrəman Vətən övladlarının dəfn edildiyi Şəhidlər xiyabanları da ziyarət olunub. Səhər saatlarından başlayaraq Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət…
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Müdafiə Nazirliyindən…
Bu gün Azərbaycan 30 illik Ermənistan işğalına son qoyan İkinci Qarabağ müharibəsindəki qələbənin 6-cı ildönümünü qeyd edir. Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə Qarabağın Ermənistan işğalından azad edilməsi…
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, şənbə günü Günəşdə 29 alışma (partlayış) qeydə alınıb. Bu, XXI əsrdə…
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Zəfər parkını…
8 Noyabr - Zəfər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib. Nazirliyə istinadən, tarixi Qələbənin ildönümündə ölkənin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə…
Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıdakı Zəfər Parkını ziyarət edib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, zəfər abidəsinin önünə gül dəstələri düzülüb…
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən…
"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam klubunun heyətində 100-cü Premyer Liqa matçına çıxıb. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Onun yubileyi "Turan Tovuz"la ev oyununa təsadüf edib. Misli Premyer…
Azərbaycan Ordusunda noyabrın 8-də gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi “Report”a məlumat verib. Nazirliyin məlumatına görə, mərasimlər müdafiə naziri Zakir Həsənovun təsdiqlədiyi…
Bakı, 8 noyabr, AZƏRTAC Biz artıq tariximizin yeni mərhələsinə daxil olmuşuq. Bu, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı bir mərhələdir. AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov…
Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır.AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, bu gün…
Lima, 8 noyabr, AZƏRTAC Perunun “La Razon” qəzetində Zəfər Gününün təsis edilməsinə dair “Azərbaycan 8 Noyabr - Zəfər Gününü qeyd edir” adlı məqalə dərc edilib.AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının hər il…
Ankara, 8 noyabr, AZƏRTAC 2020-ci il noyabrın 8-də Şuşa üzərində ucaldılan Azərbaycan Bayrağı Vətənin müdafiəsi Yolunda xalqın qətiyyətini nümayiş etdirdi. Bunu Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa…
Bakı, 8 noyabr, AZƏRTAC Xankəndidə Zəfər Muzeyinin keçmiş icra hakimiyyətinin binasında yaradılması çox geniş siyasi və tarixi məna daşıyır. Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Pərvanə Vəliyeva…
Bakı, 8 noyabr, AZƏRTAC Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə…
"Real Madrid"in futbolçuları İspaniya çempionatında "Valensiya" ilə oyunun fasiləsində "Mestalya" stadionunun mühafizəçiləri ilə qarşıdurmaya giriblər.
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Rafael Leao zədələnib. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Türkiyə Super Liqasının XI turunda “Amedspor”la matçda zədələnərək oyunu tərk edən…
Noyabrın 8-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan…
Misir Futbol Federasiyası Hossam Həsəni milli komandanın baş məşqçisi vəzifəsindən azad edib.
Полиция установила, что трое человек, чьи тела обнаружили в квартире задержанного после стрельбы в Кракове, были его родителями и сестрой. «Вчера в квартире жилого дома...
Сегодня отношения Турции и Азербайджана отражают общие стратегические интересы и цели всего региона. Как передает Day.Az, об этом сказал главный редактор газеты Azernews Эльнур Энвероглу в программе в эфире телеканала…
В Гянджинской государственной филармонии имени Фикрета Амирова состоялся концерт "Песнь Победы" (Qələbə nəğməsi), посвящённый 8 Ноября - Дню Победы. Как передает Day.Az, об этом говорится в сообщении пресс-службы…
Президент Турции Реджеп Тайип Эрдоган опубликовал на своей странице в социальной сети X поздравление по случаю 8 ноября - Дня Победы Азербайджана. Как передает Day.Az, Реджеп Тайип Эрдоган отметил, что от всей души…
В аккаунтах Президента Азербайджана Ильхама Алиева в социальных сетях опубликованы кадры об официальном визите Президента Турции Реджепа Тайипа Эрдогана в Азербайджан. Как передает Day.Az, в публикации говорится…
MN
Səfər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib. Bu barədə…
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir. Bu…
Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir. Bu…
“Fransa Prezidenti Emmanuel Makrona bunker lazıxarici təhdidlərdən qorunmaq üçün deyil, öz vətəndaşlarından gizlənmək üçün lazımdır”. Bunu…
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Editor.az AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq…
Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana təbrik ünvanlayıb. Partiyanın sosial…
Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin!…
Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki,…
Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Editor.az AZƏRTAC-a…
“Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun…