Bakı, 8 noyabr, AZƏRTAC Binə Atçılıq Mərkəzində Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının açılış mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Sonra atların paradı və konsert proqramı təşkil olunub.Yarış 1200 metrdən 3200 metrədək müxtəlif məsafələrdə 14 kateqoriya üzrə keçirilir. Operator - Ceyhun Mustafayev