Azərbaycandakı dini konfessiyaların nümayəndələri 8 noyabr - Zəfər Gününü qeyd ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiyaların rəhbərləri Bakıdakı Zəfər parkını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.