Şahruddin “Qarabağ”da 100-cü oyununa çıxdı

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Ağdam klubunun heyətində 100-cü Premyer Liqa matçına çıxıb.

Onun yubileyi “Turan Tovuz”la ev oyununa təsadüf edib.

Azərbaycan Premyer Liqasının XI turunda qolkiperin komandası 0:1 hesabı ilə uduzub.

O, “Qarabağ”da 2016/17 mövsümündə debüt edib. Şahrudin 11 mövsümdə 54 qol buraxıb.

Qeyd edək ki, Məhəmmədəliyev turnirin tarixində eyni komandada 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.