2800 illik məzarda qədim insanların istifadə etdiyi narkotik maddənin izləri tapıldə

Rusiyanın Tuva Respublikasında aparılan arxeoloji qazıntılar zamanı 2800 il əvvələ aid məzarda 1400-dən çox çətənə toxumu aşkarlanıb.

Araşdırma zamanı insan saçlarında da psixoaktiv təsirə malik THC maddəsinin izləri müəyyən edilib.

Alimlər bunun qədim skiflərin dini və ya dəfn mərasimləri zamanı çətənədən istifadə etdiyini göstərə biləcəyini bildirirlər.