Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi “Mersedes Vito” markalı sərnişin avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı avtobusda olan 6 nəfərdən biri həyatını itirib, biri isə xəsarət alıb.
Həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Məmmədova Şərqiyə Mənəf qızı, xəsarət alan isə 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Əli qızıdır.
Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı bir-biri ilə qohumdur və əslən Qax rayonundandır.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu