Qobustan, 7 noyabr, AZƏRTAC Qobustanda yol qəzası ölümlə nəticələnib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb.İlkin məlumata görə, hərəkətdə olan mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.Qəza nəticəsində bir sərnişin hadisə yerində ölüb, daha bir nəfər isə xəsarət alıb.Faktla bağlı araşdırma aparılır. Müxbir - Rəşad Rəşidov